!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AİB-in “koronavirus kalkulyatoru”: Dünya iqtisadiyyatı 347 milyard dollar itirəcək

!Reklam – Yazi

Asiya İnkişaf Bankı (AİB) koronavirus pandemiyasının dünya iqtisadiyyatına vuracağı zərərin miqdarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, AİB mövcud şəraitdə dünya iqtisadiyyatı üçün 3 mümkün – yaxşı, orta və pis – ehtimalı dəyərləndirərək, bunun nəticələrini hesablayıb.

Bankın “ən yaxşı” adlandırdığı ssenariyə görə, pandemiyanın 2 ay davam edəcəyi təqdirdə, dünya iqtisadiyyatı 76,6 milyard dollar itirəcək.
İkinci ehtimala əsasən, koronavirusun 3 ay davam edəcək və o halda pandemiya dünya iqtisadiyyatına 155,9 milyard dollara başa gələcək.

AİB-in “ən pis” ssenarisinin gerçəkləşməsi isə dünya iqtisadiyyatının 346,9 milyard dollar itirməsi ilə nəticələnəcək.

Aqil Bəkir

www.yenicag.az

947
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv