Ailə TV-dən yeni aksiya

media-hightechnic-468x90

14107923883972019607_600x400 “Ailə TV” sentyabrın 15-dən yeni aksiyaya başlayıb.

“Caspian Telecom”un mətbuat xidmətindən bildirilib ki, oktyabrın 15-dək davam edəcək aksiyanın şərtlərinə əsasən rəqəmsal yayıma qoşulan hər bir abonent öncədən 60 manat ödəyərək qəbuledici və “Ailə TV” baza paketində növbəti dörd ayda 100 telekanal izləmək imkanı əldə edəcək. Abonent rəqəmsal qəbuledici əvəzinə CAM modul da ala bilər.

Aksiyaya qoşulanlar, 18 paketi istisna olmaqla, bir ay müddətində bütün digər paketlərdə yayımlanan TV kanalları pulsuz izləyəcəklər.

Qeyd edək ki, “Ailə TV”nin yeni resiverləri HD yayımı dəstəkləyir. Bundan əlavə, HDMİ kabel komplektə daxil deyil və ayrı satılır. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600