Akademik vəfat edib

media-hightechnic-468x90

shamil_1_mw1024_s_nAzərbaycan Dövlət mükafatı laureatı, Əməkdar memar, “Şöhrət” ordenli, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Azərbaycan Memarlar İttifaqının üzvü, akademik Şamil Fətullayev-Fiqarov martın 9-da ömrünün 87-ci ilində vəfat edib.

Akademik Şamil Fətullayev-Fiqarov 1928-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirib, 1956-cı ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub. 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1990-cı ildə professor elmi adını alıb.

Akademik 150-dən artıq elmi əsərin müəllifidir. Onlardan “XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı”, “XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı”, “Azərbaycan məscidləri”, “İran şəhərləri Qacarlar dövründə”, “Bakının Memarlıq ensiklopediyası”, “Abşeron memarlığı”, “Memar-Məşədi Mirzə Qafar İzmaylov” və s. Monoqrafiyaları Bakının memarlıq tarixini öyrənmək üçün əsas mənbələrdir(modern).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600