Akar: Türkiyə öz tanklarını istehsal edəcək

media-hightechnic-468x90

Türkiyə müdafiə sənayesinin inkişafı üçün çalışmalarımız davam etməkdədir.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə deyib.

Nazir bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi silahlar yerli istehsaldır: “PUA-larımız var. Ordumuzun ehtiyaclarını qarşılamaq üçün gecə-gündüz çalışdıq və çalışırıq. Nə edirlər etsinlər, tankımızı da, təyyarəmizi də istehsal edəcəyik. Bizim istehsal etdiyimiz müdafiə sənayesi məhsulları dost və qardaş ölkələr üçün də yararlıdır və bundan sonra da yararlı olacaq”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa