Akif Nağı: “Ermənistanın Azərbaycanla sülhə gedən yolu konstitusiyadan keçir”

media-hightechnic-468x90

“Paşinyan sülh müqaviləsində səmimidirsə konstitusiya dəyişikliyinə təcili getməlidir.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib.

Partiya sədri Ermənistanda keçirilən seçkilərin nəticələrini saytımıza açıqlamasında dəyərləndirib:

“Paşinyanın rəhbərlik etdiyi partiyanın qalib gəlməsi iki aspektdən dəyərləndirilməlidir: regionda münasibətlər sistemi necə dəyişəcək və kimlərin təsir imkanları artacaq, kimlərinki zəifləyəcək. Məsələnin digər tərəfi isə Paşinyan və komandası qalib gələndən sonra Azərbaycan və Türkiyə ilə münasibətdə özlərini necə aparacaqlarıdır. Bu iki məsələ diqqət mərkəzindədir. Paşinyanın qələbəsi qərbin xəttinin qalib gəlməsi deməkdir. Rusiyanın müdafiə etdiyi revanşistlər istədiklərinə nail olmadılar və Rusiya regionda təsir imkanlarını bir qədər də itirdi. Rusiya ya Paşinyanın komandası ilə hansısa şərtlər çərçivəsində əməkdaşlıq etməli ya da sərt qarşıdurmaya gedərək hakimiyyəti devirməyə çalışacaq. Hər bir halda Rusiya Ukraynadan sonra ikinci cəbhə açmağa real vəziyyəti imkan vermir. İndimi məqamda təzyiq vasitələrini davam etdirməyə çalışacaqlar.”

Partiya sədri qeyd edib ki, Paşinyanın aparacağı siyasət Azərbaycanın siyasəti ilə uzlaşma olacaq:

“Hazırda Paşinyan Azərbaycan və Türkiyənin cızdığı yol xəritəsi ilə yoluna davam edəcək. Paşinyan siyasətində Azərbaycanın rolu ciddi şəkildə artaracaq. Azərbaycanla Vaşinqtonda imzalanan bəyanat da açıq göstərdi ki, hökümət Azərbaycanla sülh müqaviləsini imzalamağ istəyir, əgər Paşinyan məkrli oyunlarına davam etməsə. Bundan sonrakı mərhələdə Ermənistanın Azərbaycan və Türkiyə ilə həm də iqtisadi yaxınlaşmalarının şahidi olacağıq.”

A. Nağı qeyd edib ki, əsas məsələ sülh müqaviləsidir:

“Ermənistan hələ ki sözdə sülh müqaviləsinə sadiq olduğlarını bildirirlər. Əməldə prosesdən qaçmayacağı, sözünü tutacağını zaman göstərəcək. Bunun üçün də konstitusiyada Azərbaycan torpaqlarına qarşı iddialar olan bəndlər çıxarılmalıdır. Bunu nə qədər tezləşdirsələr onların sülhü səmimi şəkildə istədiklərinə əmin ola bilərik.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05