“AL-Hilal” “Fenerbahçe”nin ulduzunu RADARINA SALDI

media-hightechnic-468x90

Viktor Osimhenin rədd etdiyi “Al-Hilal” diqqətini Yusuf En-Nesiriyə yönəldib

Yenicag.az DAZN portalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Al-Hilal” klubu Viktor Osimhenin transferində uğursuzluqdan sonra hədəfini dəyişərək, “Fenerbahçe” və Mərakeş millisinin hücumçusu Yusuf En-Nesiriyə yönəlib.

İddiaya görə, “Al-Hilal” rəhbərliyi hücum xəttini gücləndirmək üçün alternativlər axtarır və En-Nesiri ilə yaxından maraqlanır. İspaniya mətbuatının məlumatına görə, “Fenerbahçe” En-Nesiri üçün təxminən 40 milyon avro dəyərində transfer haqqı tələb edir.

Mövsüm ortasında “Al-Hilal” klubunun 30+5 milyon avro təklifi İstanbul təmsilçisi tərəfindən qəbul edilməmişdi. 2024/25 mövsümündə Yusuf En-Nesiri 52 oyunda iştirak edərək, 30 qol vurub və 7 məhsuldar ötürmə ilə komandasına böyük töhfə verib.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600