“Al-Hilal” Yusif ən-Nəsiri üçün təklifini ARTIRACAQ
“Al-Hilal” Mərakeş millisinin hücumçusu Yusif ən-Nəsirinin transferi ilə bağlı təklifini artırmağa hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Africafoot” nəşri məlumat yayıb.
“Al-Hilal” hazırda 27 yaşlı forvard üçün 30 milyon avro məbləğində rəsmi təklif irəli sürüb. Lakin Türkiyənin “Fenerbahçe” klubu bu təklifi kifayət hesab etməyib və futbolçunun transferi üçün 40 milyon avro tələb edib.
Qeyd edək ki, Yusif ən-Nəsiri daha əvvəl Səudiyyə Ərəbistanı çempionatında çıxış etmək istədiyini bildirmişdi. Bununla belə, “Al-Hilal” klubunun yüksək məvacib təklifi və baş məşqçi postuna tanınmış italyan mütəxəssis Simone İnzaqinin gətirilməsi hücumçunun qərarına təsir göstərə bilər.
Futbolçunun transferi ilə bağlı yekun qərarını yaxın günlərdə verməsi gözlənilir.
Göycə Göycəyev