Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Alaska” Turizm və “Marriott” otellər şəbəkəsindən möhtəşəm gecə - FOTO

“JW Marriott Abşeron Baku” otelində baş tutan gecədə maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, Türkiyədəki məşhur “Marriott” otellərini tanıtmaq məqsədi ilə tədbir keçirilib.

Tədbirdə ilk sözü “Milli QHT Forumunun Turizmin İnkişafı Mərkəzinin rəhbəri və həmin Forumun Moritorinq Komissiyasının üzvü, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının idarə heyətinin üzvü, turizm komissiyasının sədri və Qlobal Sağlamlıq Turizmi Şurasının prezidenti” Ruslan Quliyev alıb. İlk olaraq qonaqları salamlayan R.Quliyev sözü gedən otellərin sahibləri ilə qısa zamanda sıx əlaqələr yaratdığını, buna görə də “Alaska” turizmin Türkiyə üzrə rəhbəri İmran Bağıyevə xüsusi təşəkkürlər etdiyini bildirib.

Tədbirin təşkilatçılarından olan İmran Bağıyev isə danışmadan da gözəl iş görmək mümkün olduğunu bildirib.

Tədbirdə Türkiyənin 5 ulduzlu “İstanbul Mariott Hotel Asia”, “Marriott İnternational”, “The Bodrum Edition”, “Sheraton Bursa Hotel”, “Sheraton Grand Adana Hotel”, “The Ritz-Carlton”, “Lugal, A Luxury Collection Hotel Ankara”, “AC Hotel İstanbul Moçka”, “The Sofa Hotel”, “LE Meridien İstanbul Etiler”, “Renaissance Bosphorus hotel”, “Polat renaissance hotel”, “W Hotel”lərin müdirləri və rəsmi nümayəndələri iştirak edib.

Qeyd edək ki, tanınmış aparıcılar Afaq Gəncəli və Cavid Gülün idarə etdiyi gecədə qonaqların və jurnalistlərin bəziləri Türkiyədəki 5 ulduzlu otellərin birində bir neçə günlük ödənişsiz istirahət haqqı qazanıb. “Sunrise Music Band qrupu” və Leyla Kafari gecəyə öz şən musiqiləri ilə rəng qatıb.

www.yenicag.az

2066