Aleksandar Vuçiç Azərbaycana səfər edəcək

media-hightechnic-468x90

Serbiya Prezidenti Aleksandar Vuçiç mayın 17-18-də Azərbaycanda səfərdə olacaq.

media-banner_tkm

Yenicag.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezident Administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Serbiya dövlət başçısı Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında iştirak edəcək.

Açılış mərasimindən sonra A.Vuçiç BMT-nin yüksəkvəzifəli rəsmilərinin, aparıcı qlobal şirkətlərin nümayəndələrinin, eləcə də davamlı inkişaf sahəsində fəaliyyət göstərən dünya miqyaslı vətəndaş cəmiyyəti aktorlarının çıxışlarında iştirak edəcək.

Serbiya prezidenti dövlət və hökumət başçılarının qatıldığı Forumun əsas hissəsi çərçivəsində çıxış edəcək. A.Vuçiçin, həmçinin forum iştirakçıları və yüksəkvəzifəli şəxslərlə bir sıra görüşləri planlaşdırılır./oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05