Aktrisadan ETİRAF: "Təkcə istedad uğur üçün yetərli deyil"

media-hightechnic-468x90

“Məncə, uğurun düsturu təkcə şans, gözəllik və ya istedad deyil”.

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında Akademik Musiqili Teatrının aktrisası Rəsmiyyə Nur deyib.

Aktrisa “Sənətdə uğur qazanmaq üçün hansı daha vacibdir: Şans, gözəllik, yoxsa istedad?” sualını cavablandırıb:

“Əgər bu sualı mənə 80–90-cı illərdə versəydiniz, yəqin ki, ilk sıraya gözəlliyi qoyardım, sonra isə şans və istedadı. Çünki o dövrdə səhnədə vizual görünüşə daha çox önəm verilirdi. Amma bu gün mənim fikrim fərqlidir. Məncə, bu sənətdə ən böyük rol oynayan amillərdən biri şansdır. Çünki elə çox istedadlı aktyor və aktrisalar var ki, layiq olduqları imkanı heç vaxt əldə edə bilmirlər. Digər tərəfdən, bəzən elə insanlar da ön plana çıxırlar ki, bunun səbəbi daha çox doğru zamanda doğru yerdə olmalarıdır. Deməli, təkcə istedad və ya gözəllik hər zaman uğur üçün kifayət etmir.

Özümə gəlincə, mən özümə xalqın gözü ilə baxıram. Küçədə mənə yaxınlaşıb sevgi göstərən, qucaqlayan, şəkil çəkdirmək istəyən insanların səmimiyyəti mənim üçün ən böyük mükafatdır. Bu sevgini qazanmışamsa, demək ki, həm şans mənim üzümə gülüb, həm də yaratdığım obrazlar tamaşaçının qəlbinə yol tapa bilib. Düzdür, bəzən elə olur ki, insan illərlə bu sənətdə çalışır, amma öz işlədiyi mühitdə layiq olduğu qiyməti tam görə bilmir. Mən də o hissi yaşayan insanlardanam. Amma tamaşaçının sevgisi mənim üçün bütün qiymətlərdən daha dəyərlidir”.

Aktrisa hesab edir ki, uğurun düsturu təkcə şans, gözəllik və ya istedad deyil:

“Amma bütün bunların içində qapını ilk açan çox vaxt şans olur. O qapıdan içəri girəndən sonra isə səni orada saxlayan artıq istedadın və əməyindir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05