Aleksey Navalnı Krımın Rusiyaya birləşdirilməsinə qarşı çıxdı

media-hightechnic-468x90

üsedsRusiyanın tanınmış müxalif siyasətçisi Aleksey Navalnı Krımın Rusiyanın tərkibinə daxil olmasının əleyhinədir.

Navalnı Rusiyanın 1994-cü ildə imzaladığı və nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyünə zəmanət verdiyi Budapeşt memorandumunu, həmçinin, 2005-ci ildə Putinin SSRİ-nin çöküşündən sonra sərhədlərin yenidən dəyişdirilməsinin əleyhinə olduğu haqda bəyanatını xatırladıb.

Müxalifətçinin fikrincə, Krımı özünə birləşdirəndən sonra Rusiyanın iqtisadiyyatı zəifləyəcək, bu isə federasiyanın bir sıra subyektlərində ölkə tərkibindən çıxmaq arzusu yarada bilər. “Bundan əlavə, birləşmə NATO-nun genişlənməsinə, Rusiya sərhədlərində yeni RMS-lərinin peyda olmasına gətirəcək. Bu, böyük strateji səhvdir” – deyə Navalnı vurğulayıb.

Çıxış yolu kimi, o, Krımın geniş muxtariyyət vermək və rus dilinə məhdudiyyətləri götürməklə Ukraynanın tərkibində qalmasını, Ukraynanın NATO-ya qoşulmamasını təklif edib.

musavat.com

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600