Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aleksey Navalnıy 30 sutkalıq həbs cəzası alıb

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) lideri Aleksey Navalnıy 30 sutka həbs cəzası alıb.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, Moskvanın Simonov məhkəməsi razılaşdırılmamış aksiyalara çağırış və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayaraq itaətsizlik nümayiş etdirdiyinə görə A.Navalnıyə 30 sutkalıq inzibati həbs verib.

Ötən gün Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçirilib. Aksiyasın təşkilatçısı A.Navalnıy son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər meriyası ilə razılaşdırılmayıb. A. Navalnıy aksiyanın keçirilməsinə bir neçə saat qalmış yaşadığı evin qarşısında saxlanılıb.

İyunun 12-də Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında azı 650 nəfər saxlanılıb. Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.

Yenicag.az

www.yenicag.az

552
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100