!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alıcılara qablaşdırılmamış məhsulları götürmək qadağan edildi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.

Yenicag.az xəbər verir ki, ərzaq marketlərində qablaşdırılmamış məhsulların alıcıların özləri tərəfindən götürülməsi qadağan edilib.

Belə ki, müəssisələrə açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsullarının xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməsini və bu məhsulların yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməsi tapşırılıb.

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv