Yeni Zelandiyanın Otaga universiteti maraqlı araşdırma aparıb.
Yenicag.az dünya mətbuatına istinadən xəbər verir ki, kainatda yaşanacaq kütləvi fəlakətlər zamanı hansı ölkələrin ən güvənli yer olduğu araşdırılıb.
Araşdırma qiyaməti xatırladan kütləvi qırğınlara səbəb olacaq xəstəliklərdən qorunmaq üçün ən güvənli yerlərin adalar olduğu qənaətinə gəlib. Ancaq təəssüflə qeyd edilir ki, yer üzündəki belə adaların sayın bütün insanlığın yerləşəcəyi qədər geniş deyil.
Əhali sayı, coğrafi mövqe, təbii sərvətlər, siyasi və kütlə özəllikləri nəzərə alındığında qiyamətdən qaçmaq üçün ən əlverişli ölkələr Avstraliya, Yeni Zelandiya və İslandiya olub.
İlk onluğu tamamlayan digər ölkələr isə, Malta, Yaponiya, Cape Verde, Bahamalar, Trinidad, Tobaqo, Barbaros və Madaqaskardır.
Araşdırmanı aparan komandanın tərkibində yer alan Nik Vilson qeyd edib: “İnsan sayının artması, qloballaşma və biotexnoloji yeniliklərin artması bizi insan soyunun tükənməsinə yol açan bir çox problemlərlə üz-üzə qoyub. Belə problemlər bütün insanlığı məhv etməsə də, insan potensialına ciddi zərər verəcək”.
Həşim Səhrablı
www.yenicag.az