Amerikanın Rays Universitetinin alimləri dul insanların niyə erkən öldüyünü araşdırıblar.
Yenicag.az xəbər verir ki, araşdırma zamanı depressiyanın orqanizmdə müəyyən dəyişikliklərə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olduğu müəyyən edilib.
Mütəxəssislər araşdırma çərçivəsində 3 ay müddətində yaxınlarını itirmiş 99 nəfər könüllünü müayinə ediblər. Onlardan itkini necə yaşadıqları soruşulub. Araşdırmaçılar depressiyanın müəyyən edilməsi üçün qan analizləri də götürüblər.
Müəyyən olunub ki, həyat yoldaşının ölümündən çox təsirlənən şəxslərdə qanda iltihablaşdırıcı proteinlərin – sitokinlər FN-γ, IL-6 və TNF-α-nın səviyyəsi yüksək olub.
Alimlərin sözlərinə görə, bu araşdırmanın nəticələri bir daha sübut edir ki, dul qalmış insanlar daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkirlər.
www.yenicag.az