Alışanovun yerinə TƏYİNAT

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

Yenciag.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Sahib Vəliyev bu vəzifəyə təyinat alıb.

Xatırladaq ki, bir neçə gün əvvəl idarənin rəisi Akif Alışanov vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin edilib.

Qeyd edək ki, Akif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır./Oxu.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa