Alla Puqaçova Rusiyada xarici agent kimi tanınacaq

media-hightechnic-468x90

Alla Puqaçovanın Rusiyada xarici agent kimi tanınması ilə bağlı prosedur artıq başlanılıb.

Yenicag.az  Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin məlumat verib

Onun sözlərinə görə, Alla Puqaçovanın Rusiyada xarici agent kimi tanınması ilə bağlı müraciətinə Rusiya Federasiyası Baş Prokurorluğundan cavab gəlib.

“Alla Puqaçovanın xarici agent olaraq tanınması proseduru başlanılıb, prokurorluq Rusiya Federasiyası Ədliyyə Nazirliyindən Puqaçovanı xarici agent kimi tanımasını xahiş edir. Ümid edirəm ki, nəzarət orqanları bu işi sona çatdıracaqlar”, – o deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600