Allen “Ebola” ilə mübarizəyə 100 milyon dollar ayırdı

media-hightechnic-468x90

polallen400ABŞ-ın “Microsoft” korporasiyasının həmtəsisçilərindən biri milyarder Pol Allen Ebola virusu ilə mübarizəyə 100 milyon dollar ayırıb.

Bu barədə iş adamının saytında deyilir.

Onun sözlərinə görə, vəsaitlərdən Qərbi Afrikadan mütəxəssislərin təxliyəsi üçün istifadə olunacaq, eləcə də Massaçusets Texnoloji İnstitutunda mütəxəssislərin hazırlanmasına yönəldiləcək. Amerikalı milyarder dünya ictimaiyyətini təcili epidemiyanın yayılmasının qarşısının alınması üzrə səylərə qoşulmağa çağırıb.

Var-dövlətinin dəyəri 17,1 milyard dollar qiymətləndirilən A.Allen 1975-ci ildə Bill Qeyts ilə birlikdə “Microsoft” korporasiyasını təsis ediblər.

Bundan əvvəl “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq və onun həyat yoldaşı Prinsilla Çan Ebola xəstəliyi ilə mübarizəyə 25 milyon dollar ayırıblar.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Qərbi Afrika ölkələrində virus qurbanlarının sayı 4,8 mini ötüb, 10 min nəfər isə bu xəstəliyə yoluxub. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600