Alman nazir “Ramşteyn” formatını qoruyub saxlamaq İSTƏYİR

media-hightechnic-468x90

Almaniyanın müdafiə naziri Boris Pistorius “Ramşteyn” formatının qorunub saxlanmasının vacibliyini vurğulayaraq, bildirib ki, bu format çərçivəsində Ukraynanın müdafiə məsələləri üzrə Təmas Qrupunun iclasları keçirilir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Pistoriusun bəyanatını “n-tv” telekanlı yayımlayıb.

Nazir çıxışında Təmas Qrupunun fəaliyyətinin davam etdirilməsinin vacibliyini qeyd edərək, bu müddət ərzində əldə edilən uğurları vurğulayıb:

“Bu formatın qorunub saxlanmasından söhbət gedir”, – deyə o bildirib.

Pistorius əlavə edib ki, indiyədək əldə olunmuş nəticələr bütün səylərimizi qarşıda görüləcək işlərə yönəltməyimiz üçün bizə ruh verir.

Xatırladaq ki, Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış yanvarın 9-da keçiriləcək Ramşteyn formatında görüşün sonuncu ola biləcəyini ehtimal edib. Eyni zamanda, Donald Trampın “müharibəni tez bir zamanda bitirmək” niyyəti fonunda Qərb dairələri ABŞ-ın Ukraynaya dəstəkdə rolunun azalması ehtimalına hazırlaşır. Ukraynanın müdafiə naziri Rüstəm Umerov isə Trampın prezidentliyi dövründə də Təmas Qrupunun formatının davam edəcəyinə ümid edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05