Almaniya Rusiyaya çağırış etdi

media-hightechnic-468x90

eAlmaniya Rusiyanı Ukrayna ilə bağlı mövqeyini dəyişməyə sonuncu dəfə çağırıb.

Bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.

“Əgər Rusiya son anda Ukrayna ilə bağlı mövqeyini dəyişməsə, Avropa Birliyi martın 17-də müvafiq cavab verəcək”, – diplomat bildirib.

Almaniyanın XİN rəhbəri Kremlin tutduğu mövqeyi sərt tənqid edib: “Biz qarşıdurma axtarmırdıq. Amma Rksiya son anda güzəştə getsəsə, bazar ertəsi Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında bunun cavabını verəcəyik”.

Ştaynmayerin sözlərinə görə, Krım böhranı ətrafındakı vəziyyətdə “partlayış təhlükəsi var”: “Rusiya bütün nizamlama variantlarını rədd edir. Görünür, o, bizim barışmayacağımız addımları atmaqda qərarlıdır”.

musavat.com

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600