Almaniya Türkiyədəki səfirliyini bağladı

media-hightechnic-468x90

 

Almaniya təhlükəsizlik səbəbindən Türkiyədəki səfirliyini, konsulluğunu və məktəblərini bağlayıb.

“Bild” qəzetinin verdiyi məlumata görə, buna səbəb kimi Almaniya təmsilçiliklərinə ehtimal edilən hücum göstərilib.

Məlumata görə, Almaniyanın səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq.

Qeyd edək ki, cari il martın 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini təhlükəsizlik səbəbindən bağlamışdı. Həmin terror nəticəsində 4 nəfər ölmüş, 36 nəfər isə yaralanmışdı.(report)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa