!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada enerji böhranı böyüyür: Xəstəxanalar bağlana bilər - Nazirdən həyəcan təbili

!Reklam – Yazi

“Enerji böhranı və yüksək inflyasiya yaxın gələcəkdə xəstəxanaların bağlanmasına səbəb ola bilər”.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Karl Lauterbax Almaniyanın Birinci Televiziya Kanalı “ARD” efirində danışıb.

“Tez və həqiqətən radikal reaksiya verilməsə, bağlanmalar olacaq. Hər sahə üçün xüsusi fond yarada bilmirik. Gələn il qaz və elektrik enerjisinin qiymətlərini indi proqnozlaşdırmaq çətin olsa da, yaxın bir neçə ay ərzində xəstəxanaların həll edilməli olan çox ciddi likvidlik problemi ilə üzləşəcəyini əminliklə söyləmək olar”, – deyə nazir qeyd edib.

Alman Xəstəxanalar Birliyinin prezidenti Gerald Gass da sentyabrın ortalarında verdiyi açıqlamada enerji böhranının xəstəxanaların bağlanmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

“Ölkədəki xəstəxanaların yüzdə 40-ı enerji qiymətlərindəki hədsiz artım səbəbiylə iflas ərəfəsindədir. Klinikalar artan xərcləri ödəyə bilməyəcək, bəziləri yaxın aylarda bağlanmalı olacaq və vəziyyət gələn il daha da pisləşəcək”.

Qeyd edək ki, Almaniyada 490 min xəstəxana çarpayısı olan 1900-ə yaxın xəstəxana var.

COP29

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv