Bu il 19 nəfər sudaboğulma təhlükəsindən xilas edilib

media-hightechnic-468x90

 

media-banner_tkm

Cari il 13 nəfər çimərlik mövsümündə olmaqla, ümumilikdə 19 sudaboğulma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

Yenicag.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq xidmətin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bildirib.

O diqqətə çatdırıb ki, xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.

“Sularda təhlükəsizliyin təmin edilməsi üçün yalnız xilasedicilərin olduqları çimərliklərdən istifadə edilməli, xilasedicilərin cağırışlarına və ərazidə quraşdırılan maarifləndirici lövhələrin tələblərinə sözsüz əməl olunmalıdır”, – deyə Dövlət Xidmətinin rəsmisi vurğulayıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05