Almaniyada TƏHSİL İMKANLARI: "EDDE Global" Bakıda Beynəlxalq sərgi HƏYATA KEÇİRDİ - VİDEO

media-hightechnic-468x90

Bakıda “Almaniya Universitetləri Təhsil Sərgisi” keçirilib.

Yenicag.az xəbər verir ki, “EDDE Global” təşkilatçılığı ilə həyata keçirilən “Almaniya Universitetləri Təhsil Sərgisi” 16 noyabr tarixində Bakıdakı “InterContinental Hotel”də uğurla baş tutub.

Sərgidə Almaniyanın müxtəlif şəhərlərindən 12 tanınmış universitet, Studienkolleg və təhsil müəssisəsi iştirak edərək azərbaycanlı gənclərə geniş təhsil imkanları təqdim ediblər.

Tədbir yüksək maraqla qarşılanıb və ziyarətçilər tərəfindən intensiv iştirak müşahidə olunub. Abituriyentlər və tələbələr universitet nümayəndələri ilə birbaşa ünsiyyət quraraq bakalavr, magistratura və doktorantura proqramları, qəbul tələbləri, təqaüd imkanları və hazırlıq mərhələləri barədə ətraflı məlumat əldə ediblər.

“EDDE Global”-ın direktoru Miryusif Cavadzadə sərgi barədə fikirlərini bölüşərək bildirib ki, Almaniyada təhsil almaq istəyən hər bir gənci bu universitetlərlə birbaşa görüşdürərək onların doğru məlumatlanmasına və düzgün qərar vermə prosesinə dəstək olurlar:

“Universitetlərin nümayəndələri və tələbələr arasında görüşlər keçirib birbaşa kommunikasiya yaratmağa davam edirik.”

Almaniyanın aparıcı ali təhsil müəssisələrinin sərgidə iştirakı gənclərə ölkəni tərk etmədən beynəlxalq təhsil imkanlarını yaxından tanımaq üçün unikal şərait yaradıb. Tədbir çərçivəsində fərdi konsultasiyalar, məlumatlandırıcı sessiyalar və tələbəyönümlü izahlar təqdim olunub.

“EDDE Global” komandası sərginin uğurla həyata keçirilməsində rolu olan bütün tərəfdaşlara, universitet nümayəndələrinə və könüllülərə təşəkkür edib.

Qurum bundan sonra da müxtəlif ölkələr üzrə təhsil sərgiləri, seminarlar və informasiya günləri təşkil edərək gənclərin xaricdə təhsil yolunda etibarlı tərəfdaş olmağa davam edəcək.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa