Kaya Kallas Ərdoğanla Ukrayna münaqişəsini müzakirə etdi

media-hightechnic-468x90

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. 

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, söhbətin əsas mövzularından biri Ukrayna münaqişəsi olub.

“Bu gün prezident Ərdoğanla Aİ-Türkiyə münasibətlərinin daha da gücləndirilməsi, eləcə də mehriban qonşuluq münasibətlərinin əhəmiyyəti barədə danışmaqdan məmnun oldum”, – məlumatda deyilir.

Kallasın sözlərinə görə, söhbət zamanı Yaxın Şərqdəki vəziyyət və NATO-nun Ankarada keçiriləcək sammitinə hazırlıq məsələlərinə də toxunulub. O, Türkiyənin alyansın şərq cinahının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05