Almaniyanın vitse-kansleri Ukraynaya elan olunmamış səfər etdi

media-hightechnic-468x90

Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbayl elan olunmamış səfərlə Ukraynanın paytaxtı Kiyevə gedib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Mən Almaniyanın mümkün sülh prosesində Ukraynanı necə ən yaxşı şəkildə dəstəkləyə biləcəyini müzakirə etmək niyyətindəyəm”, – o, jurnalistlərə bildirib.

L.Klinqbayl qeyd edib ki, uzunmüddətli sülhün təmin edilməsi üçün etibarlı təhlükəsizlik zəmanətləri lazımdır: “Biz fəaliyyətlərimizi beynəlxalq səviyyədə əlaqələndiririk. Almaniya üzərinə düşən məsuliyyəti doğruldacaq”.

Səfər çərçivəsində L.Klinqbayl Ukrayna hökumətinin və Ali Radanın nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti ilə danışıqlar aparacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05