Almaniyanın xarici işlər nazirindən Rusiyaya xəbərdarlıq

media-hightechnic-468x90

yutytyt“Rusiya Ukraynaya müdaxiləsi ilə bağlı yaranmış gərginliyin azaldılması istiqamətində addımlar atmasa, Avropa Birliyi bu ölkəyə qarşı sanksiyaların növbəti səviyyəsinə keçməli olacaq”. APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib.

F.V.Ştaynmayer bildirib ki, bazar ertəsi və ya çərşənbə axşamı aparılacaq danışıqlarda Rusiya problemin həllinə dair beynəlxalq formatın yaradılmasına razılıq verməsə, AB yeni sanksiyalar tətbiq etməli olacaq. Sanksiyaların ikinci səviyyəsi Ukraynada yaranmış böhrana cavabdeh olanların Avropa Birliyi məkanına səfərlərinə məhdudiyyət qoyulmasını və onların AB ölkələrindəki aktivlərinin dondurulmasını nəzərdə tutur.

Xatırladaq ki, AB martın 6-da Rusiyaya qarşı ilk sanksiyalar paketini qəbul edib. Rusiya ilə viza rejiminin yumşaldılması və əməkdaşlıq haqqında yeni müqavilənin imzalanması barədə danışıqlar dayandırılıb. AB-dən bildiriblər ki, bu, təklif olunan üçmərhələli sanksiyaların ilk mərhələsidir. Hazırda işlənməkdə olan üçüncü mərhələdə isə geniş həcmli iqtisadi xarakterli sanksiyalar nəzərdə tutulur.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600