!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Almeyda və Pedro "Qarabağ"a qayıdır? - Klubdan açıqlama

!Reklam – Yazi

Reynaldonun “Qarabağ”a transferindən sonra “Astana”nın futbolçuları Riçard Almeyda və Pedro Enrikenin də Ağdam klubuna dönəcəyi ilə bağlı xəbərlər yayılıb.

İddia olunur ki, adıçəkilən futbolçular qış transfer dönəmində sabiq klublarına qayıdacaqlar.

Yenicag.az-a açıqlama verən “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə qeyd olunan məsələnin bu gün üçün aktual olmadığını bildirib:

“Almeyda ilə Pedronun “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərləri mətbuatdan oxumuşuq. Hazırda hər ikisinin “Astana” ilə müqaviləsi davam edir. Müqaviləsi olan futbolçu barədə danışmağımız düzgün deyil. Reynaldonun durumu başqa idi. Baş məşqçimiz istədi, sözləşməsi başa çatdığı üçün də braziliyalının keçidində problem olmadı. Qeyd etdiyiniz məsələ isə bu gün üçün aktual deyil”.

Emin Səfərov

www.yenicag.az

4847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv