Boksçumuz Dünya Kubokunda bürünc medalı təmin etdi

media-hightechnic-468x90

Azərbaycanın daha bir boksçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.

Yenicag.az xəbər verir ki, 1/4 finalda rəqibinə qalib gələn Məhəmmədəli Qasımzadə (60 kiloqram) bununla ən azı bürünc medalı təmin edib.

Daha əvvəl bu uğura Sübhan Mamedov (50 kiloqram) imza atıb. Buna idmançımızın türkiyəli rəqibi Samet Gümüşün döyüşə gəlməməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycanın 11 boksçu ilə qatıldığı Dünya Kubokunda ölkəmizi Emil Qurbanəliyev və Anar Babanlı hakim kimi təmsil edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600