Alyaskadakı gərgin görüşdən SONRA: Putin-Tramp masasında NƏ BAŞ VERDİ? - VİDEO

media-hightechnic-468x90
“Hər kəs öz tərəfini göstərməyə çalışır.” Bu fikirləri Yenicag.az-a türkiyəli araşdırmaçı jurnalist Güngör Yavuzaslan bildirib.
media-416562340_724590736444606_6606689328815579588_n
Dünən Alyaskada keçirilən Tramp-Putin görüşünü şərh edən türkiyəli jurnalist görüşün nəticəsinin qeyri-müəyyən bitdiyini qeyd edib:
“Alyaskada keçirilən Tramp-Putin görüşünə, əslində, qlobal anlaşma olaraq da baxa bilərik. Masada əsas mövzu Ukrayna olsa da, iki super güc dünyanın ən ciddi məsələlərini, eləcə də iqtisadi mövzuları müzakirə etdilər. Putin görüşdən sonra keçirilən mətbuat görüşündə də “bir çox məsələlərdə razılaşdıq”-dedi. Tramp isə öz növbəsində hər şey qaydasında olduğunu, bir çox məsələlərdə anlaşdıqlarını amma bir məsələdə razılığa gələ bilmədiklərini qeyd etdi.”
G. Yazuzaslan keçirilən görüşdə Rusiya-Ukrayna müharibəsini bitirmək mövzusunda konkret irəliləyişlər olsa da, yekun qərar verilməyib:
“Razılaşa bilmədikləri məsələ isə əlbəttə ki, Rusiya-Ukrayna müharibəsini dayandırmaq idi. Hər bir halda irəliləyişlər olduğunun şahidi olduq. Çünki Tramp görüşdən sonra avropalı müttəfiqlərinə və Ukrayna prezidenti Zelenskiyə zəng edəcəyini bildirdi. Hər bir halda an etibarilə dünya qarşıdurmalar və dövlətlərarası gərginliklərlə davam edəcək və ya Alyaska görüşündə olduğu kimi dialoqların və görüşlərin baş tutacağı formada davam edəcək? Ən son Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla Ağ Evdə görüşmüşdü. Cənubi Qafqaza təsir göstərməyə çalışan ABŞ prezidenti Alyaskada öz evində Putini ayağına gətirərək yeni bir dönəmin şifrələrini ortaya qoydu: ya dialoq, ya da müharibə. Ya birlikdə hərəkət etmək ya da xaotik bir dövr. Bu fikirlərdən dünya qeyri-müəyyən formada davam edəcək yoxsa zirvə görüşləri, dialoqlar danışacaq? Bunu ikinci görüşdə görəcəyik, hansı ki, ən böyük ehtimal Moskvada keçiriləcəyidir. Dünya nizamı yenidən qurulur. Hər kəs kimin tərəfində dayandığını göstərir”.
Nurlan Cəfəri
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa