Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Amaliya Pənahova dəfn edildi - VİDEO - YENİLƏNDİ

Xalq artisti Amalya Pənahova dəfn olunub.

***

12:53

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başa çatıb.

Xalq artisti Amaliya Pənahova alqış sədaları altında son mənzilə yola salınıb.

A.Pənahovanın cənazəsi “Qurd qapısı” qəbiristanlığına aparılıb. O, vəsiyyətinə əsasən həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn olunacaq.

***

11:03

Dünən səhər saatlarında dünyasını dəyişən xalq artisti Amaliya Pənahova ilə bu dəqiqələrdə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları və tanınmış mədəniyyət xadimləri iştirak edir.

Qeyd edək ki, xalq artisti dünən 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktrisa vəsiyyətinə əsasən, həyat yoldaşının yanında, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Cəvahir

Allahverdi

www.yenicag.az

7871
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100