AMB “Kabox”un lisenziyasını ləğv etdi
Azərbaycan Mərkəzi Bankı (AMB) “Kashpay” əmtəə nişanının sahibi olan “Kabox” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən 18 sentyabr 2024-cü il tarixli lisenziyanı ləğv edib.
Yenicag.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu qərar təşkilatın fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları səbəbi ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsasən qəbul edilib.