AMEA-da xüsusi komissiya yaradılır

media-hightechnic-468x90

download (5)Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ermənilərin əməllərinə qarşı xüsusi komissiya yaradılacaq.

AMEA prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, ermənilər aprel ayında qondarma “erməni soyqırımı”nın 100 illiyinin keçiriləcəyi ilə bağlı məlumat yayırlar.

Onun sözlərinə görə, akademiya buna qarşı bütün imkanları səfərbər edib hazır olmalıdır: “Müxtəlif vasitələrlə əhaliyə, başqa ölkələrin xalqlarına çatdırmalıyıq ki, XX əsrdə Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımlara məruz qalıb. Bununla bağlı yaradılacaq komissiyanın layihəsi artıq hazırdır və bu məsələyə Rəyasət Heyətində baxılıb müvafiq qərar veriləcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600