!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMEA-nın ümumi yığıncağı başladı: Vitse-prezidentliyə namizədlər bəlli oldu - FOTOLAR/YENİLƏNDİ 2

!Reklam – Yazi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında akademiyanın Ümumi yığıncağı başlayıb.

Yenicag.az xəbər verir ki, yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçilməsi məsələləri daxil edilib.

Yığıncaqda AMEA-nın prezidenti Ramiz Mehdiyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Baş nazirin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin müdiri Fərəh Əliyeva və başqaları iştirak edir.

 

****

12:07

Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyanın ümumi yığıncağı başlanıb.

Yenicag.az AzərTac-a istinadən xəbər verir ki, ümumi yığıncaqda Baş Nazirin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Təhsil naziri Ceyhun Bayramov və digər hökumət, dövlət və elmi ictimaiyyət nümayəndələri iştirak edirlər.

Akademik Ramiz Mehdiyev tədbir iştirakçılarını ümumi yığıncağın gündəliyi ilə tanış edib. Gündəliyə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri məsələləri daxil edilib.

 

****

13:24

AMEA-nın bu gün illik ümumi yığıncağında Akademiyada birinci vitse-prezident vəzifəsinin təsis edilməsi məsələsi qaldırılıb.

Yenicag.az xəbər verir ki, iclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb.

Namizədlərin seçilməsi üçün gizli səsvermə elan edilib.

Səsvermə üçün fasilə elan edilib.

www.yenicag.az

1296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv