“Amerika Ərdoğanı aldatdı”

media-hightechnic-468x90

1388150623_erdogani-cokdurecikİyunun 7-də Türkiyə Böyük Millət Məclisinə seçkilər keçirildi. Səslərin əksəriyyətini – 41,1 faizini hakim AKP qazanıb. Digər səslər – 25,3 faizi CHP, 16,6 faizi MHP, 12,40 faizi HDP-yə verilib. Seçkilərə 20 siyasi partiya, 166 müstəqil namizəd qatılıb. HDP AKP ilə hər hansı koalisiyaya getməyəcəyini bir daha vurğuladı. Seçkilərin nəticələri bitər-bitməz siyasətçilər, müxtəlif beynəlxalq qurumlar Türkiyənin gələcək siyasi strategiyası barədə öz mülahizələrini yürütməyə başladılar.

Politoloq Tofiq Abbasov qardaş ölkədə keçirilən 7 iyun seçkilərini Yenicag.az-a şərh etdi.

Politoloq bildirir ki, Ərdoğan olan-qalan resusunu da xarici cəbhələrdə bada verir. Azərbaycandan başqa heç bir ölkə ilə normal münasibəti (yəni qonşularla) qura bilmir .

“O ölkə bayırına çox tez yürüş etdi. Amerika onu aldatdı. Mən bunu onun pərəstişkarı ola-ola deyirəm”.

“Qərb gördü ki, Türkiyə böyük inkişafa doğru gedir və ona görə də Ərdoğana ərəblərin, qeyrilərinin üstünə atdı ki, o dividentlərini xarici siyasətə xərcləsin.Qarabağ problemində də onu Qərb satqınlığa sövq etdi ki, həmin mənfur Sürix protokoları peyda oldu. Odur ki, indi gərək o bir qədər kənara çəkilməlidir ki, partiyası manevr edə bilsin”.

“Axı o prezidentdir və partiya mənsubiyyətini qabardmaqla özünə yeni düşmənlər qazanır”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600