!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerika rəsmiləri ƏNDİŞƏLƏNDİ: ABŞ administrasiyası Rəisinin ölümündə bundan ehtiyat edir

!Reklam – Yazi

ABŞ administrasiyası ehtiyat edir ki, İran tərəfi prezident İbrahim Rəisi və onu müşayiət edənlərin ölümü ilə nəticələnən helikopter qəzasında ABŞ və ya İsraili günahlandıra bilər.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşrinin “Üçüncü Dünya Müharibəsi belə başlayır?” adlı sərlövhəli məqaləsində qeyd olunub.

Nəşr yazır ki, Vaşinqton Rəisinin qəfil ölümünə Tehranın reaksiyasını diqqətlə izləyir, bununla belə, Amerika rəsmiləri İranın ittihamlarının “İsrail ilə münasibətlərdə gərginliyin artmasına” səbəb ola biləcəyindən ehtiyat edirlər.

Qəzetin analitiklərinin fikrincə, ABŞ rəsmiləri bazar gününü səbirsizliklə itmiş helikopterin axtarışının nəticələrini gözləməklə keçiriblər. İddia olunur ki, Ağ Evdəkilər təyyarə qəzasının Yaxın Şərqdəki vəziyyəti necə dəyişə biləcəyi ilə maraqlanır və İranın insidentdə kimi günahlandıracağını gözləyir.

Rafi Müslümov

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv