Amerikada benzinin qiyməti maksimum oldu

media-hightechnic-468x90

ABŞ-nin yanacaqdoldurma məntəqələrində benzinin qiyməti tarixi maksimumu keçərək, bir qallon (4,54 litr) üçün 4,17 dolları ötüb.

Yenicag.az xəbər verir ki, bu barədə 60 mindən çox yanacaqdoldurma məntəqəsində qiymətləri izləyən Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatında deyilir.

Məlumata əsasən, bu gün səhər saatlarında ABŞ-da bir qallon benzinin orta qiyməti 4,173 dollara çatıb. AAA-nın saytında qeyd edilib ki, bu, tarixdə ən yüksək orta yanacaq qiymətidir.

CNN telekanalı vurğulayır ki, əvvəlki antirekord 2008-ci ilin iyulunda, ABŞ-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti 1 qallon üçün 4,11 dollara çatan zaman qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600