Hələ dünyaya göz açmamış bu dünyayla vidalaşırlar. “Taleyinə doğulmadan ölmək” yazılan, ana bətnində qətlinə fərman verilən bu körpələrin günahı nədir, görəsən? Söhbət arzu olunmayan hamiləliyin sonunclandırıldığı abortlardan gedir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da abortlar problem olaraq qalmaqdadır. Statistika göstərir ki, abortların sayı 2021‑ci ildə 46877, 2022‑ci ildə 57999, 2023‑cü ildə isə 73816 olub. 15‑49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub.
Sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında ilbəil artan abortların səbəblərini göstərib və həyəcan təbili çalıb:
“Hələ nə qədər gizlin abortlar var… Bu, övlad qatili olmaq deməkdir, bu, çox təhlükəlidir. Orta məktəblərdən bu sahədə sosial işlər aparılmalıdır”.
Ətraflı videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov
www.yenicag.az