Ana doğuşdan sonra öldü-Mingəçevirdə

media-hightechnic-468x90

cMWc2c5O1wl0mncfvgMingəçevir şəhərində doğuşdan sonra ölüm hadisəsi baş verib.

Hadisə ötən gecə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb. Şəhər sakini, 1980-ci il təvəllüdlü Hümbətova Esmira Rafiq qızı normal doğuş sancıları ilə xəstəxanaya gətirilib. Təbii doğuş yolu ilə övladını dünyaya gətirən qadının vəziyyəti təxminən 20 dəqiqə sonra pisləşib. Aparılan tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi oğlan uşağının vəziyyət isə normal qiymətləndirilir.

Ana ölümünün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır(aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600