Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Ana fəryadı" abidəsi ni ziyarət qazanc mənbəyidir? – ŞOK İDDİA - Özəl

Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının ildönümü ərəfəsində məktəblərdə tədbirlər keçirilir. Müəllimlər Xocalıda baş vermiş faciə ilə bağlı şagirdlərə məlumat verir, o müdhiş gecə qurbanlarının xatirəsini yad etmək üçün “Ana harayı” abidəsi ziyarət olunur, önünə gül-çiçək dəstələri düzülür.

Bu gün isə tanınmış telejurnalist Afət Telmanqızı şəxsi “Facebook” səhifəsində inanılmaz bir status paylaşıb. Statusda deyilir:

“Şok oldum! Bir məktəb var, uşaqlara deyiblər ki, sabah sizi “Ana harayi” abidəsinə aparırıq. 2 manat pul gətirsin hər bir məktəbli. Xocalı faciəsini uşaqlara pulla anlatırlar. Biabırçılıqdı. Məktəblərdə artıq hər şey pulla edilir. Dəhşətdi”.

Məsələni dəqiqləşdirmək üçün Afət Telmanqızı ilə əlaqə saxladıq. O, Yeniçağ.az-a bunları bildirdi:

“Həqiqətən də məktəblərin birində belə bir hadisə baş verib. Mənim yaxın adamım həmin məktəbin V sinif şagirdidir. O, dedi ki, bizi sabah “Ana harayı” abidəsinə aparacaqlar. Müəllimə bizdən iki manat pul istəyib. Bəlkə də hazırda məktəblərin əksəriyyətində bu cür hallar baş verir. Məktəb şagirdlərini təkcə Xocalı barədə deyil, Azərbaycan xalqının başına gələn bütün faciələr barəsində maarifləndirməlidirlər. Yeni nəsil yetişir, ancaq 20 yanvar hadisəsindən, Xocalı soyqırımından bixəbərdirlər. Müəllimlər özləri buna maraqlı olmalıdırlar. Daha pulla faciə anlatmalı deyillər”.

Ekspert Kamran Əsədovun fikrincə, Xocalı soyqırımı abidəsini ziyarət etmək üçün, ümumiyyətlə, bu tipli tədbirlərin keçirilməsi üçün şagirdlərdən, tələbələrdən pul yığılması xalqa qarşı cinayətdir, tarixə qarşı böyük hörmətsizlikdir:

“Hansısa bir müəssisədə 20-30 manat yoxdur ki, şagirdlərin abidəni ziyarət etməsini təşkil etsin? Bu, onların vəzifə borcudur. Onlar bütün tarixi hadisələrin ildönümü vaxtı müəyyən olunmuş yerlərə ziyarət təşkil etməlidirlər. Bilirsiz, biz tariximizə sahib çıxmalıyıq. Bunu ölkə Prezidenti hər dəfə qeyd edir. Heydər Əliyev fondu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün böyük işlər görür ki, bütün dünya bizə qarşı edilən qəddarlıqları görsün. Amma bəzi məktəb direktorları bundan özlərinə qazanc mənbəyi kimi istifadə edirlər. Onlar Azərbaycan təhsilinə düşmən olan şəxslərdir. Heç bir halda şagirdlərdən hansı səbəbdən olursa-olsun, pul yığılması həyata keçirilə bilməz”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

948