Ana və körpəsi öldü

media-hightechnic-468x90

91eed9fc8e9fa3f0ddd27e1fa127983cQax rayonunda ana və körpə ölümü baş verib.

Yenicag apa-ya istinadən bildirir ki, Qax rayonu Almalı kənd sakini, 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva bu gün doğuşdan sonra Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Üçüncü hamiləliyi olan Q. Ağayeva yanvarın 9-dan 10-a keçən gecə hamiləlik sancıları ilə xəstəxanaya daxil olub: ”Həkim müayinəsi zamanı məlum olub ki, o, 7 aylıq hamilədir və körpənin ana bətnində hərəkəti olmayıb. Bu gün səhər saat 9.00 radələrində ana təbii yolla doğuş keçirib və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana dünyasını dəyişib”.

Xəstəxanadan həmçinin bildirilib ki, Q. Ağayevanın tromboemboliya xəstəliyi olub, ölümün səbəbi də məhz bu xəstəlikdir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600