ANAMA əməkdaşları Füzulidə qəzaya düşdü

media-hightechnic-468x90

ANAMA əməkdaşları Füzulidə qəzaya düşüb.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib.

Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini 1995-ci il təvəllüdlü Samir Salman oğlu Qəhrəmanov idarə etdiyi BMV markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov, avtomobildə olan rayonun Qayıdış-3 qəsəbə sakini 2000-ci il təvəllüdlü Ramiz İlqar oğlu Bəylərzadə və Qayıdış-2 qəsəbə sakini 1990-cı il təvəllüdlü Mustafa Yusif oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək avtomobildə olan sərnişinlər R.Bəylərzadə və M.Qasımov Gəncə Şəhər Xəstəxanasına göndərilib. Sürücü S.Qəhrəmanovun da Gəncə Xəstəxanasına göndərilməsi üçün zəruri işlər görülür.

Qəza zamanı xəsarət alanların ANAMA əməkdaşları olduğu bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600