ANAMA işçi axtarır

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə müxtəlif işlərlə bağlı sənəd qəbulu elan edib.

ANAMA-nın mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, iş elanı Ağdam, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl və Xocavənd mobil bazalarında aşpaz, qabyuyan, xadimə, avtoçilingər, avtoelektrik, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, anbardar, gözətçi, fəhlə, bağban vəzifələrinə qəbulla bağlıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir:

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

∙ əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin dekabrın 30-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa