“Anamı sevgilim öldürüb…”

media-hightechnic-468x90

12511787-1033536670021170-1904417337-nBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

media-banner_tkm

Hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə şahidlər dindirilib.

Günel Hüseynovanın sevgilisi Asim Məmmədov ifadə verərək deyib ki, Məryəm Namətzadəni qızı vasitəsilə tanıyıb, ondan qızıl alıb və pulunu ödəyib: “Məryəmin ölümündən xəbərim olmayıb”.

Bunun ardınca Günel Hüseynova şok iddialarla çıxış edib. O, qətlin Asim Məmmədov tərəfindən təşkil olunduğunu deyib: “Asim anamdan qızıl alıb pulu qaytarmamışdı. Buna görə də tez-tez davaları düşürdü. Asim o pulu qaytarmamaq üçün anamı öldürüb”.

A.Məmmədov isə keçmiş sevgilisinin yalan danışdığını deyib.

Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namətzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində 41 bıçaq zərbəsi vurulmuş meyiti tapılıb.(qafqazinfo)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05