Ananın qatilə rəhmi gəlmədi-Foto

media-hightechnic-468x90

84011Qızı təcavüzə uğrayan ananın qisası acı olub. Yenicag.az anspress-ə istinadən bildirir ki, qadın qızının qatilinin evinə od vurub. Amerikalı Diana Tompson 7 yaşlı qızına təcavüz etdikdən sonra onu öldürən Jarred Harrelin evini yandırıb.

Hadisə 2009-cu ildə Floridada baş vermişdi. Somer adlı qızı zorlayaraq öldürən şəxs həbs edilərək ömürlük azadlıqdan məhrum edilmişdi.

D.Tompson ağrı-acısını azaltmaq üçün qızı öldürülən evi yandırıb. Cinayətin yaşandığı ev Harrel borclarını ödəyə bilmədiyi üçün bank tərəfindən müsadirə edilərək satışa çıxarılmışdı.
Qadın hərracda iştirak edərək qızı öldürülən evi satın alıb. Daha sonra isə yandırılması və yanğınsöndürənlərin təlim üçün istifadə edilməsi üçün bu quruma bağışlayıb.

Yanğınsöndürənlərlə evin önünə gələn qadın ona əlləri ilə od vurub. O, evin yanmasını sevinc göz yaşları ilə izləyib. “Bu dəfə təcavüzcülərin evlərini mən yandırdım. Bu dəfəpis adam mən oldum. Artıq bu məhəllədə bu evi görə bilməyəcəyim üçün çox sevinirəm”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600