!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Anar Mədətovdan keçmiş arvadına: “Bəs Elnurə niyə soyadını dəyişmir?”

!Reklam – Yazi

Prodüser Anar Mədətovun qızı Ayşə də atasının soyadından imtina edib. Belə ki, Ayşə Mədətova da qardaşı Mahir Mədətov kimi soyadını “Əmrəli” ilə dəyişib. Bu barədə “Qarabağ”ın futbolçusu Mahir Əmrəli “İnstagram” hesabında bildirib. Bacısını doğum günü münasibəti ilə təbrik edən futbolçu onu Əmrəli kimi qeyd edib.

Yenicag.az-a açıqlama verən Anar Mədətovun məsələyə münasibəti belə olub:

“Ayşə İtaliyanın Milan Universitetində təhsil alır, xarici ölkədə pasportunu necə dəyişə bilər? Mahir də Azərbaycan Ordusunda hərbi xidmətdədir. Nə yazırlar yazsınlar, nə danışırlar danışsınlar. Uşaqlarım soyadını dəyişibsə, bəs Elnurə özü niyə soyadını dəyişmir? Bu sualı ona ünvanlamaq lazımdır”.

“Mayın 24-də qızınızın doğum günüdür, təbrik edəcəksinizmi” sualını A.Mədətov belə cavablandırıb: “Əlbəttə edəcəm. Mən uşaqlarımı çox istəyirəm və hər nə olursa-olsun, fərq etməz, onlar mənim övladlarımdır”.

Qeyd edək ki, prodüserin övladlarının soyadlarını dəyişməsinə səbəb Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və Samirə adlı vizajistlə ailə qurmaq istəməsidir.

Cəvahir

www.yenicag.az

7876
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv