Reklam: High Technic
hightechnic

Anarın keçmiş arvadı ilə qayınanası arasında ev üstündə qırğın - VİDEO

Mərhum reper Anar Nağılbazın anası ilə keçmiş gəlini arasında qalmaqal alovlanıb.

Buna səbəb müğənni Cəmilənin efirdə Anarın keçmiş həyat yoldaşına “Anarın anası nəvələri üçün evində otaq verib, niyə barışmırsınız?” deməsi olub.

Yenicag.az-a açıqlama verən reperin anası Şərqiyyə Cəbiyeva belə söz demədiyini bildirib:

“Nəvələrim gəlsə, yəqin ki, anaları da onlarla birgə gələcək, mən bunu istəmirəm. Belə bir söz də deməmişəm. O qadın oğlumu öldürüb, onu görmək istəmirəm”.

Şərqiyyə xanım oğlunun sağ olduğu vaxtlarda həyat yoldaşının gəlini və nəvələri üçün ev almaq istədiyini deyib:

“Həyat yoldaşım Anarın sağlığında gəlinə və nəvələrimizə ev almaq istəyirdi. Amma bir şərtlə ki, həmin ev nəvəmin adına olsun və onu istədiyimiz yerdə alaq. Gəlin şərt kəsdi ki, “evi mən istəyən yerdə alacaqsan, özü də mənim adıma”. Buna görə də yoldaşım evi almadı. Biz yenə də nəvələrimiz üçün nə lazımdırsa alırıq. Həyat yoldaşım hər ay nəvələri üçün 1000 manat pul verir”.

Cəvahir

 

 

www.yenicag.az

6592