Ağır itkidən sarsılan APARICI: “Güclü müalicə alıram”
“Bu itki səhhətiə güclü təsir etdi. Hazırda güclü müalicə alıram”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni ard-arda valideyn itkisi yaşayan aparıcı Xoşqədəm Hidayətqızı “Həmin Zaur” verilişində deyib.
Aparıcı, atasının vəfatından sonra yaşadığı sarsıntının sağlamlığına ciddi zərbə vurduğunu vurğulayıb:
“Pis gün və yaxşı gün var. Yaxşı gün elədir ki, gərək ürəyində nə qədər mərhəmət olsun ki, sən başqasının şad gününə sevinə biləsən. Bu, hər adamda olmur. Başqasının uğuruna sevinmək üçün böyük qəlb sahibi olmalısan. Amma dar gündə düşməninlə yanaşı dost da gəlir. Sonunda o insanlar sənin üçün gəlir. Hər kəs bilir, atam Allahdan sonra mənim Allahım idi. Atama hədsiz bağlı insan idim. Bu itki səhhətimə güclü təsir etdi. Hazırda güclü müalicə alıram. O stress sağlamlığıma ciddi zərər verdi. Çox hüznlüyəm. İnşallah, yaxşı olacaq.”
Nehru