Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Anasını bıçaqlayaraq öldürdü

6ddf7ce68987a29014529004125dbbe5Türkiyədə psixoloji problemi olan oğul anasını öldürüb.

Yerli mətbuatın verdiyi məlumatına görə, İstanbulun Kadıköy məhəlləsində baş verən qətl hadisəsində 35 yaşlı Kaan Yardım 63 yaşlı anası Könül Yardımı bıçaqlayaraq öldürüb. Mənzildə tutulan Kaan Yardımın üzü qan içində olub. Onun psixoloji probleminin olduğu, 8 ay əvvəl anasını boğazından, atasını isə qulaq, boğaz və sinə nahiyəsindən yaraladığı məlum olub.

Hadisə vaxtı çörək almağa gedən ata Mehmet Yardım evə gələndə həyat yoldaşının yerdə qan içində qaldığını görərək şoka düşüb.

Hadisəni törədən oğul Kaan Yardımın İzmirdə yaşadığı arvadından boşandıqdan sonra ata və anası ilə birgə qaldığı məlum olub. Onun bir ildən artıq psixoloji problemlərinə görə müalicə aldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...

www.yenicag.az

471
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100