Anasını öldürən qız polisə 5 milyon manat rüşvət təklif edib

media-hightechnic-468x90

be0f0adcaaa40de02868a0e182b67fcdBakıda qızıl alverçisinin qətlinin bəzi təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1965-ci il təvəllüdlü Məryam Namet-zadə qızı və bacısı oğlu tərəfindən yatdığı yerdə öldürülüb. M. Namet-zadənin qızı Günel Hüseynova qətli törədəndən sonra hadisənin digər iştirakçılarını evdə qoyaraq mənzili tərk edib. O, bir neçə saat sonra evə qayıdıb və hadisənin iştirakçılarını evdən çıxarıb.

media-banner_tkm

İlkin məlumata görə, qətl tamah məqsədi ilə törədilib. Bildirilir ki, G. Hüseynova saxlanılarkən polisə rüşvət təklif edib. O, polisdən 5 milyon manat müqabilində işin bağlanılmasını xahiş edib. Polis qızın bu təklifini rədd edərək, onu istintaqa təhvil verib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bu gün təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yanvarın 5-də Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkarlanıb. Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsi müəyyənləşib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05